Files

22 lines
1.6 KiB
Plaintext
Raw Permalink Normal View History

Return YouTube Dislike YouTube-da bəyənməmələri görmək imkanını bərpa edir.
Əgər işləmirsə: Genişlənmələr nişanını (chrome://extensions/) açın, bu genişləndirməni söndürüb yenidən aktiv edin. Bu, əksər problemləri aradan qaldırmalıdır, çünki bəzi hallarda genişləndirməni sıradan çıxaran Chromium xətası mövcuddur. Ümid edirik ki, Chromium komandası bunu tezliklə düzəldəcək.
13 dekabr 2021dən etibarən YouTube öz APIsindən bəyənməmələri görmə imkanını çıxardı.
Bu genişləndirmə ən dəqiq göstəriciləri göstərmək üçün arxivləşdirilmiş bəyənmə və bəyənməmə məlumatlarının, həmçinin genişləndirmə istifadəçilərinin etdiyi bəyənmə və bəyənməmələrin birləşməsindən istifadə edərək istifadəçilərə nəzarəti qaytarmağı hədəfləyir.
Hazırda 13 dekabr 2021dən əvvəl 200+ milyon videoya aid bəyənmə/bəyənməmə məlumatları saxlanılır.
13 dekabr 2021dən sonrakı yükləmələrlə aktiv şəkildə böyüyür və yenilənir.
Genişləndirmədən nə qədər çox istifadəçi istifadə etsə, nəticələr bir o qədər dəqiq olacaq.
13 dekabr 2021dən sonra yüklənmiş, populyar olmayan videolarda, populyar videolarla müqayisədə göstərilən məlumatlar daha az dəqiq ola bilər.
Bu genişləndirmə hazırda aktiv inkişaf mərhələsindədir, buna görə hər hansı problem yaşasanız, GitHub səhifəmizdə və ya Discord serverimizdə tərəddüd etmədən xəbər verin.
Tezliklə daha çox funksiya gələcək!
https://github.com/Anarios/return-youtube-dislike